featured-image-33193

“Qazprom”la “Beşiktaş” arasında sponsorluqla bağlı danışıqlar uğurla nəticələnməyib.

Msport.az “Axşam” qəzetinə istinadən xəbər verir ki, İstanbul klubunun yeni titul sponsoru “Emirates” aviaşirkəti olacaq.

“Qara qartallar” bu tərəfdaşlıqdan 3 il ərzində 27,75 milyon avro qazanacaq.

“Beşiktaş”ın formasında “Emirates”in loqotipi yer alacaq. Klubun buna görə qazancı 5 milyon avro olacaq.

“Qazprom”la danışıqlar FİFA VƏ UEFA-nın mümkün hüquqi müdaxilələri səbəbindən dayandırılıb.

ANAR

Bənzər xəbərlər