“Beşiktaş”ın baş məşqçi postuna daha bir namizəd
Rusiya millisinin və “Rostov”un baş məşqçisi Valeri Karpin Türkiyədə işləyə bilər. Msport.az xəbər verir ki, bu barədə insayder İvan Karpov teleqram kanalından məlumat verib.
Onun sözlərinə görə, “Beşiktaş” rusiyalı mütəxəssislə maraqlanır. İstanbul klubunun namizədlər siyahısında Karpindən başqa, “Borussiya Dortmund”un köməkçi məşqçisi Nuri Şahin və “Antverpen”in çalışdırıcısı Mark van Bommel də var.
55 yaşlı Karpin 2017-2021-ci illərdə “Rostov”un baş məşqçisi olub. O, 2022-ci ildən yenidən bu klubu çalışdırır.