featured-image-45686

Polşa Futbol İttifaqı yığmanın sabiq baş məşqçisi Fernandu Santuşa ödəniş edəcək.

Msport.az xəbər verir ki, buna komandanın AVRO-2024-ə vəsiqə qazanması səbəb olub.

Ödəniş 2023-cü ilin yanvarından sentyabrınadək yığmada işləyən mütəxəssisin müqaviləsindəki bəndə əsasən olunacaq. Portuqaliya baş məşqçi 180 min avro bonus alacaq. Santuş sözləşmə imzalayanda müqaviləyə belə bənd əlavə edilib.

Qeyd edək ki, o, hazırda Türkiyədə “Beşiktaş”ın sükanı arxasındadır.

Bənzər xəbərlər