featured-image-20375

Vaut Veqorst yaxın günlərdə “Mançester Yunayted”ə keçəcək. Msport.az xəbər verir ki, bu barədə “Foot Mercato”nun jurnalisti Santi Auna paylaşım edib.

“Mankunianlar” icarə ilə bağlı “Börnli” və “Beşiktaş”la bütün şərtləri dəqiqləşdiriblər. Niderlandlı futbolçu bu həftə “Mançester Yunayted”in düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, əvvəlcə “Beşiktaş” Vensan Abubakar gəlməyənə qədər “Börnli”dən icarəyə götürdüyü Veqorstu buraxmaq istəmirdi.

Niderland millisinin üzvü bu mövsüm Türkiyə Super Liqasında 16 oyunda 8 qol vrub və 4 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər