“Beşiktaş”ın futbolçusu əməliyyat olundu
Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Amir Hacıahmetoviç əməliyyat olunub.
Msport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Türkiyədə cərrahi müdaxiləyə ehtiyac duyub.
Bosniya və Herseqovinadan olan oyunçu “Fatih Karagümrük”ə 3:0 hesabı ilə qalib gəldikləri Superliqa matçında sıradan çıxmışdı.
Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.