featured-image-60223

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda keçiriləcək “Beşiktaş” (Türkiyə) – “Atletik” (Bilbao, İspaniya) oyununun təyinatları bəlli olub.

Msport.az xəbər verir ki, qarşılaşma Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FIFA referisi Xulian Veinberqer idarə edəcəklər. Ona yan xətt hakimləri qismində Andreas Heydenreyx və Maksimilian Kolbitşx köməklik göstərəcəklər. Dördüncü hakim fünksiyasını Stefan Ebner yerinə yetirəcək.

VAR Manuel Şxutenqruberə, AVAR isə Alan Kiyasa həvalə olunub.

Yanvarın 22-də, İstanbuldakı “Beşiktaş Stadium”da keçiriləcək “Beşiktaş” – “Atletik” görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Bənzər xəbərlər