featured-image-31360

“Beşiktaş”ın prezidenti Ahmet Nur Çebi ingiltərəli futbolçu Dele Alli ilə bağlı danışıb. Msport.az xəbər verir ki, İstanbul klubunun rəhbəri yarımmüdafiəçiyə yenidən yaxşı insan olmağı məsləhət görüb:

“O, yeni gələndə biz çox şey gözləyirdik. Ona olan ümidlərimiz özünü doğrultmadı. Dele Alle bir daha qayıtmayacaq. Ondan gözlədiyimizi ala bilmədik. Ümid edirəm ki, yenidən yaxşı adam olar”.

27 yaşlı oyunçu “Beşiktaş”a “Everton”dan icarəyə gəlmişdi. O, “qara qartallar”ın heyətində 15 oyunda 3 qol vurub. Dele Alle “Beşiktaş”da cəmi 831 dəqiqə meydanda olub. Futbolçunun “Everton”la müqaviləsi gələn mövsümün sonunda başa çatacaq.

Bənzər xəbərlər