featured-image-24641

İngiltərənin “Uotford” klubu baş məşqçi Slaven Biliçi istefaya göndərib.

Msport.az xəbər verir ki, “Uotford” Championship-də 35 oyundan sonra 51 xalla 9-cu yeri tutur. O, 2022-ci ildən İngiltərə klubunun sükanı arxasında idi.

51 yaşlı xorvatiyalı mütəxəssis 2001-ci ildən məşqçiliyə başlayıb. O, “Xayduk” (Xorvatiya), Xorvatiyanın əsas və gənclər millisi, “Lokomotiv” (Rusiya), “Beşiktaş” (Türkiyə), “Vest Hem”, “Vest Bromviç” (hər ikisi İngiltərə), “Əl İttihad” (Səudiyyə Ərəbistanı), “Beytszin Qoan” (Çin) komandalarında işləyib.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər