“Beşiktaş”ın sabiq qapıçısı Almaniya nəhənginə keçə bilər
“Bayern Münhen” heyətini yeni qapıçı ilə gücləndirmək niyyətindədir.
Msport.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Bundesliqa nəhəngində Manuel Noyerin və Sven Ulrexin uzun müddətli zədəsi narahatlıq yaradıb. Münhen təmsilçisi bir müddət “qartallar”ın formasını geyinmiş Luis Kariusu transfer etmək istəyir.
Qış “transfer pəncərəsi”ndə qapıçı ilə mövsümün sonuna qədər müqavilə bağlanacağı gözlənilir.