featured-image-19627

Türkiyə Super Liqasında 16-cı tura yekun vurulub.

Msport.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.

“Girəsunspor” – “Qaziantep” matçında meydan sahibləri qələbə qazanıblar. Səfərdə “Sivasspor”la qarşılaşan “Qalatasaray” da 2022-ci ili qələbə ilə başa vurub. “Beşiktaş” isə doğma meydanda “Adana Dəmirspor”u minimal hesabla yenib.

Hazırda 33 xalı olan “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 32 xalla ikincidirsə, üçüncü pillədəki “Başakşəhər”in 30 xalı var. “Adana Dəmirspor” 27 xalla dördüncüdür. “Beşiktaş”la “Trabzonspor”un isə 26 xalı var.

Türkiyə Super Liqası
16-cı tur

27 dekabr

Ankaragücü – Ümraniyəspor 1:2
Qol: G.Zahid, 2 – Avunu, 9; 55.

Başakşəhər – Antalyaspor 2:0
Qol: D.Türüç, 57. Aleksiç, 66.

Fənərbaxça – Hatayspor 4:0
Qol: Kinq, 20. Batşuayi, 26. S.Dursun, 86. Q.Enrike, 90+5.

28 dekabr

Alanyaspor – Kayserispor 3:1
Qol: Koka, 21. Y.Özdəmir, 36. E.Karaca, 72-pen – A.Karimi, 59.

İstanbulspor – Kasımpaşa 2:1
Qol: Ethemi, 29. E.Gültəkin, 78 – Petretta, 25.

Fatih Karagümrük – Trabzonspor 4:1
Qol: Ozdoyev, 6. Borini, 34. Riççi, 67. Kuassi, 87 – Bartra, 20.

29 dekabr

Girəsunspor – Qaziantep 2:1
Qol: Serjinyo, 24. Bayiç, 90+5 – Veliu, 51.

Sivasspor – Qalatasaray 1:2
Qol: E.Yeşilyurt, 80 – Mertens, 27. B.Yılmaz, 90+5.

Beşiktaş – Adana Dəmirspor 1:0
Qol: Masuaku, 14.

Bənzər xəbərlər