“Beşiktaş” “Liverpul”un hücumçusunu istəyir
“Beşiktaş” “Liverpul”un hücumçusu Federiko Kyezanı transfer etmək istəyir. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritso Romano paylaşım edib.
Onun sözlərinə görə, İstanbul klubunun rəsmiləri son 48 saatda italiyalı futbolçu ilə əlaqə yaradıb onun fikrini öyrənməyə çalışıblar.
İngiltərə təmsilçisi Kyezanı icarəyə vermək istəmir. “Qırmızılar” forvardın transfer edilməsinə müsbət yanaşırlar.
Kyezanın özünün “Beşiktaş” variantına münasibəti də hələ ki qaranlıq qalır.
27 yaşlı futbolçu bu mövsüm artıq 3 oyunda meydana çıxıb və 1 qol vurub. Onun müqaviləsi 2028-ci ilin yayına kimidir.