featured-image-35025

“Beşiktaş”ın yeni transfer hədəfi bəlli olub.

Msport.az xəbər verir ki, “qartallar” “Milan”dan Aleksis Salemakersi transfer etmək istəyir. Belçikalı vinqerin transferini rəhbərlikdən baş məşqçi Şenol Günəş istəyib.

24 yaşlı futbolçu “Milan”ın çalışdırıcısı Stefano Piolinin planlarına daxil olmadığına görə, əsas heyətdə oynaya biləcəyi komandaya keçmək istəyir.

Belçika millisinin də üzvü olan futbolçunun bazar qiyməti 15 milyon avro dəyərindədir.

Salemakers 2019-cu ildən “rossoneri”lərin şərəfinu qoruyur. O, ötən mövsüm ərzində 39 oyunda iştirak edib, 4 qol və 3 assistlə fərqlənib.

Qeyd edək ki, “Beşiktaş” Konfrans Liqasının III mərhələsində “Neftçi”ylə qarşılaşacaq.

Royal Türksoy

Bənzər xəbərlər