featured-image-46472

“Beşiktaş” “Bayer”in hücumçusu Patrik Şiki icarəyə götürmək istəyir. Msport.az xəbər verir ki, bu bərədə jurnalist Saşa Tavolyeri paylaşım edib.

Mənbəninin sözlərinə görə, İstanbul klubunun nümayəndələri artıq “Bayer” rəsmiləri ilə görüşüblər və yayda forvardı heyətlərinə qatmağa çalışacaqlar.

“Qara qartallar” çexiyalı futbolçunu bir mövsümlük icarəyə götürmək istəyirlər.

28 yaşlı hücumçu cari mövsümdə Bundesliqada 14 oyunda 5 qol vurub. O, Avropa Liqasında isə 5 görüşdə beş dəfə fərqlənib.

Bənzər xəbərlər