“Beşiktaş” Rebiçin transferini rəsmiləşdirdi
“Beşiktaş” yeni transferini açıqlayıb.
Msport.az xəbər verir ki, İstanbul təmsilçisi Milandan Ante Rebiçi heyətini qatıb.
Xorvatiyalı futbolçu ilə iki illik razılıq əldə olunub. Ante hər iki mövsüm üçün məvacibi 2,5 milyon avro olacaq.
Qeyd edək ki, 29 yaşlı xorvatiyalı “Milan”ın heyətində 4 mövsüm keçirib və 1 dəfə İtaliya çempionu olub. O, ümumilikdə meydana çıxdığı 127 matçda 29 qol vurub və 14 məhsuldar ötürmə verib.
Royal Türksoy







