"Beşiktaş" Rusiya şirkətiylə əməkdaşlığa başlayır - 3 ilə 60 milyon avro
Rusiyanın neft və qaz şirkəti “Qazprom” “Beşiktaş”la əməkdaşlığa başlayacaq.
Msport.az “Sözcü”yə istinadən xəbər verir ki, əməkdaşlıq “Beşiktaş”ın ev oyunlarının keçirdiyi stadiona “Qazprom” adının verilməsiylə bağlı olacaq. Rusiya şirkəti “qartallar”a 3 illik müddət üçün 60 milyon avroluq təklif göndərib. Məlumata görə, gələn həftə “Qazprom”un rəhbər şəxslərindən Aleksey Miller İstanbula gedərək yekun razılıq əldə etməyə çalışacaq.
“Qazprom” 2007-2022-ci illər aralığında “Şalke” komandasının sponsoru olub. Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Almaniya təmsilçisi əməkdaşlığa xitam vermişdi.
Royal Türksoy







