featured-image-31641

Tolqay Arslan karyerasını Avstraliyada davam etdirəcək. Msport.az xəbər verir ki, 32 yaşlı futbolçu “Melburn Siti”  ilə 2 illik müqavilə imzalayıb.

Yarımmüdafiəçi son 3 ildə İtaliyada – “Udineze”nin şərəfini qoruyurdu. O, buna qədər “Hamburq”, “Alemannia” (hər ikisi Almaniya), “Beşiktaş” və “Fənərbaxça” komandalarının formsını geyinib.

Tolqay ötən mövsüm A seriyasında 36 oyunda meydana çıxıb.

Təcrübəli futbolçu Türkiyənin U-21 yığmasında çıxış etdikdən sonra Almaniyanın eyni yaş qrupu üzrə milllisində də oynayıb.

ANAR 

Bənzər xəbərlər