"Bəxtimiz gətirdi" - "Frayburq"un baş məşqçisi
“Qarabağ” – “Frayburq” oyunundan sonra (1:1) qonaqların baş məşqçisi Kristian Ştrayx açıqlama verib.
Msport.az xəbər verir ki, 57 yaşlı mütəxəssis bəxtlərinin gətirdiyini deyib:
“Bu gün çox güclü rəqibə qarşı oynadıq. Son vaxtlar az çıxış edən bəzi futbolçulara oynamaq imkanı yaratdıq. Sözün düzü, bəxtimiz gətirdi. “Qarabağ” haqqında ancaq müsbət fikirlər səsləndirə bilərəm”.