Bəxtiyar oynadı, komandası…
Türkiyə birinci liqasında 6-cı turun oyunları davam edir.
Msport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Bəxtiyar Həsənalızadənin də formasını geyindiyi “Tuzlaspor” “Boluspor”la qarşılaşıb. Bəxtiyarın komandası rəqibinə 1:2 hesabı ilə uduzub.
Bəxtiyar meydana start heyətdə çıxıb və sona qədər oynayıb.
Qeyd edək ki, “Tuzlaspor” 3 xalla turnir cədvəlində 17-ci pillədədir.







