featured-image-21273

“Real” və “Tottenhem”in sabiq futbolçusu Qaret Beyl qolf üzrə peşəkar PGA Tour turnirində iştirak edəcək. Msport.az xəbər verir ki, yarışın mükafat fondu 9 milyon ABŞ dollarıdır.

156 peşəkar oyunçunun iştirak edəcəyi turnir fevralın 2-dən 5-ə kimi təşkil olunacaq. US Open-in qalibi Mett Fitspatrik əsas favorit hesab olunur.

Əsasnaməyə görə, peşəkarlarla yanaşı, 156 həvəskar qolfçuya da özünü sınamağa imkan yaradılıb.

Xatırladaq ki, uelsli futbolçu bu yaxınlarda karyerasını başa vurduğunu açıqlayıb.

Anar Abdullayev

Bənzər xəbərlər