featured-image-39176

2023-cü ilin geridə qalan 10 ayı ərzində beynəlxalq arenalarda ən çox qol vuran oyunçuların siyahısı açıqlanıb.

Msport.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, belçikalı Romelu Lukaku birinci pillədə qərarlaşıb.

İtaliyanın “Roma” klubunun hücumçusu avrokuboklarda və milli komandada ümumilikdə 16 qol vurub.

Lukakunu 15 qolla norveçli Erlinq Holann (“Mançester Siti) izləyir. İlk “üçlüy”ü isveçrəli Zeki Amduni (“Bazel”, “Bernli”) qapayır.

Bənzər xəbərlər