“Bəzən klubun tarixini dəyişmək üçün bir saniyə lazımdır”
İngiltərənin “Arsenal” klubunun baş məşqçisi ehtiyatdakı futbolçuların rolundan danışıb.
Msport.az ESPN-ə istinadən xəbər verir ki, mütəxəssis London təmsilçisinin oyunçusu RiS Nelsonu nümunə göstərib.
“Bizim məsuliyyətimiz hər an oynamağa hazır olmaqdır. Nelsonun bu komandanın oyunçusu kimi ən yaxşı günlərindən biridir. Onun start heyətində, yoxsa ehtiyatda yer aldığını heç kim xatırlamır. Dünya idmanında belə çox nümunə var. Bəzən klubun tarixini dəyişmək üçün sadəcə bir saniyə lazımdır. Buna görə 100 dəqiqə oynamaq vacib deyil”.
Qeyd edək ki, “Arsenal” Premyer Liqada 65 xalla ikinci pillədə qərarlaşıb.