"Bilirik ki, bizi Azərbaycanda nə gözləyir" - "Dinamo"nun hücumçusu
Zaqreb “Dinamo”sunun hücumçusu Sandro Kelenoviç Xorvatiya çempionatının V turu çərçivəsində “Qoritsa” ilə oyunu (2:1) şərh edərkən “Qarabağ”la gələcək matça da toxunub.
Msport.az xəbər verir ki, Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində avqustun 28-də Bakıda Xorvatiya təmsilçisini qəbul edəcək: “Biz bilirik ki, “Qoritsa” ilə görüşdə 3 xal götürmək nə dərəcədə vacib idi. İki avrokubok matçı arasında çempionatda oyun keçirmək çətindir. Fiziki və mənəvi yorğunluq olur.
Bilirik ki, çərşənbə günü bizi Azərbaycanda nə gözləyir. Məşqçi heyəti bir qədər dəyişdi, bəzi futbolçular debüt etdilər. Odur ki, qalib gəlməyimiz çox vacib idi. Bəzi anlarda biz o qədər də inamlı təsir bağışlamırdıq”.