featured-image-25252

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1\8 final mərhələsinin “Leyptsiq”lə cavab oyununda (7:0) Erlinq Haalandı 62-ci qəqiqədə əvəzləməsinə aydınlıq gətirib.

Msport.az xəbər verir ki, norveçli futbolçu meydanda olsaydı, 6-cı qolu vurub Lionel Messi və Luis Adrianonun rekordunu qıra bilərdi. Haaland meydanda olduğu müdddətdə 5 qol vurub. Ondan əvvəl Messi və Adriano ÇL-in bir matçında 5 dəfə fərqlənmişdilər.

Bir çoxlarının fikrincə, Qvardiola Messinin rekordu yenilənməsin deyə Haalandı əvəzləyib:

“Əgər 22 yaşında bu uğura nail olsaydı, ömrünün sonuna kimi ona darıxdırıcı olardı. İndi onun gələcək üçün hədəfi var. Buna görə Haalandı əvəzlədim. Bilmirdim ki, rekord Messiyə məxsusdur. Mənə matçdan sonra bu xəbəri dedilər”.

  ANAR ABDULLAYEV 

Bənzər xəbərlər