featured-image-27890

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğanın əmisi və meneceri İlhan yarımmüdafiəçinin “Barselona” ilə müqavilə bağlamasına münasibət bildirib.

Msport.az xəbər verir ki, o, deyib ki, heç bir klubla anlaşmayıblar:

“Bilmirəm bu cür xəbərlər hardan çıxır. Guya həftələrdir danışıqlar gedir. Heç bir klubla razılığa gəlməmişik. Qasrşıdakı bir neçə ildə onun harda oynayacağı hələ məlum deyil. İlkay “Siti”nin kapitanı kimi bu mövsüm hələ 3 titul qazana bilər. O, indi yalnız buna köklənib”.

İlkayın “şəhərlilər”lə müqaviləsi iyunda başa çatır. Qvardiola 32 yaşlı futbolçunun komandada qalmasında maraqlıdır və klub almaniyalı yarımmüdafiəçiyə 1 illik müqavilə təklif edə bilər.

“Barselona” isə Gündoğana ili 12 milyon avro olan 2 illik müqavilə təklif edir.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər