featured-image-25850

İtaliya millisinin baş məşqçisi Roberto Mançini A seriyasının top-klublarında yerli futbolçuların azlığından gileylənib.

Msport.az “Goal.com”a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis ölkınin 3 komandasının Çempionlar Liqasının 1\4 finalına vəsiqə qazanmasının işə yaramadığını bildirib:

“Bizdə işlər Sautqeytin komandasından (İngiltərə millisi – red.) daha pisdir. Bilmirəm, niyə hücumçular belə azdır? Bu baxımdan çox əziyyət çəkirik.

3 klubumuz Çempionlar Liqasının 1\4 finalına vəsiqə qazanıb. Amma bu komandalarda maksimum 7-8 italyalı futbolçu var. Reallıq budur.

Əvəllər biz 3-4 saat küçədə futbol oynayıb sonra məşqə gedərdik. İndi belə şey yoxdur. Təsadüfi deyil ki, yeni adlar Argentina, Braziliya, Uruqvay kimi ölkələrdə çıxır. Çünki orda hələ də insanlar küçədə futbol oynayırlar”.

Xatırladaq ki, İtaliya seçməsi cümə axşamı AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İngiltərə ilə üz-üzə gələcək.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər