featured-image-26455

“Barselona”nın hücumçusu Ansu Fatinin atası oğlunun klubdakı durumundan razı deyil. Msport.az xəbər verir ki, o, Ansunun az oynamasından narahatdır:

“Ansu “Barselona”nı tərk etmək istəmir. Lakin mən onun uğur qazanmasını istəyirəm. Bir də stadiona getməyəcəm, kluba çox acıqlıyam. Bir aydan sonra yəqin ki, Jorje Mendeşlə görüşəcəyik.

Məni narahat edən odur ki, Ansu bu qədər az oynayır. Biz İspaniya millisinin üzvündən və La Masiyadan gəlmiş futbolçudan danışırıq.

Bilmirəm, Xavi niyə Ansunu oynatmır. Onun yəqin ki, nəsə səbəbləri olmalıdır. Xavi həmişə Ansunun kumiri olub. Lakin mən onun atası kimi çox əsəb keçirirəm.

Mateu Alemani mənə dedi ki, Ansu klubun gələcəyidir. Oğluma dedim ki, komandadan getsən, yaxşı olar. Lakin o, mənimlə razılaşmadı. Ansu qalmaq istəyir. Hər şey məndən asılı olsaydı, sabah “Barselona”nı tərk edərdik. Ansuya dedim ki, vəziyyət dəyişməsə, getməli olacağıq. Amma o, mənim səhv etdiyimi bildirir və qalmaq istəyir”.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər