featured-image-30427

PSJ-nin qapıçısı Canluici Donnarumma inanır ki, Paris təmsilçisi yaxıb illərdə Çempionlar Liqasını qazanacaq. Msport.az xəbər verir ki, İtaliya millisinin qolkiperi bildirib ki, klub və azarkeşlər buna layiqdirlər:

“Biz oturub daim Çempionlar Liqasını (ÇL) qazanmaq haqqında fikirləşməli deyilik. Mən bilirəm ki, bir gün ÇL-də qalib gələcəyik. Ona görə əminəm ki, klub və azarkeşlər buna layiqdirlər. buna layiqdir. Bu zirvəyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik”.

PSJ son iki mövsümdə ÇL-də 1\8 finalda mübarizəni dayandırıb. Paris klubu indiyə qədər heç vaxt Çempionlar Liqasını qazanmayıb. 2020-ci ildə PSJ ilk dəfə finala çıxsa da, “Bayern”ə məğlub olmuşdu.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər