featured-image-22628

“Çelsi”nin futbolçusu Joau Feliks VAR sistemini bəyənmədiyini deyib.

Msport.az “As”a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu futbolun əvvəl daha maraqlı olduğunu bildirib:

“VAR o qədər də xoşuma gəlmir. Bu sistem tətbiq olunduqdan sonra səhvlərin sayı azalıb. Hərçənd futbol səhvlər üzərində qurulub.
Futbolçular hərdən səhv edirlər. Hakimlər də yanlış qərarlar verə bilərlər. Bu, futboldur.

Əgər belə davam etsə, futbol bir neçə ildən sonra basketbola çevriləcək. Onlar qərar verəcəklər ki, hücumda olarkən vaxt tətbiq edilsin.

Futbol hazırkı kimi gözəldir. Məncə, VAR-sız daha yaxşı olardı. O zaman səhvlər olurdu və bu uzun müddət müzakirə edilirdi”.
Qeyd edək ki Feliksi “Atletiko” “Çelsi”yə icarəyə verib.

Anar Abdullayev

Bənzər xəbərlər