"Bir oyunda iki standart vəziyyətdən qol buraxmaq məsuliyyətsizlikdir" - Qurban Qurbanov
“Qarabağ” Azərbaycan Premyer Liqasının 4-cü turunda “Araz-Naxçıvan”ı üzərində 3:2 hesabı ilə qələbə qazanıb.
Msport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyundan sonra Ağdam klubunun baş Qurban Qurbanov haqda fikirlərini bildirib:
“Futbolçularımı təbrik edirəm. Gərgin oyun keçdi. Qarşımızda yaxşı müdafiə olunan və əks-hücumlara yaxşı çıxan komanda var idi. Azarkeşlərə bizə sona qədər dəstək olduqları üçün minnətdarlığımı bildirirəm.”
– 2 qol buraxmaq müdafiədə narahatlığa əsas verirmi?
– Deməzdim. İki standart vəziyyətdən qol buraxdıq. Diqqətsizlik oldu. Əlbəttə ki, bu, təhlükəlidir. Bir oyunda 2 standart vəziyyətdən qol buraxmaq bəlkə də, məsuliyyətsizlikdir. Qarşıdakı oyunlarda bunu aradan qaldırmağa çalışacağıq.
– Koxalskinin gedişi barədə düşüncələriniz?
– Hələ ki, rəsmi bir gediş yoxdur. Danışıqlar gedirdi. Müqaviləsində bir bənd var və bu bizi hər transfer pəncərəsində danışıqlara vadar edirdi.Bu gün matçımız var idi. Bu oyuna köklənmişdik. Oyundan sonra bu barədə maraqlanaram.







