featured-image-27021

PSJ azarkeşləri Fransa Futbol Federasiyasına etirazlarını bildiriblər.

Msport.az xəbər verir ki, fanatlar komandalarının “Lion”a 0:1 hesabı ilə uduzduğu Liqa 1 oyununda qurumun oruc tutan futbolçulara qarşı qərarını tənqid ediblər.

Tərəfdarlar bununla bağlı tribunada maraqlı pankart açıblar: “Bir xurma, bir də su, budur federasiyanın kabusu”.

Qeyd edək ki, Fransa Futbol Federasiyası yerli çempionatdakı hakimlərə oruc tutan futbolçulara matç zamanı iftar vaxtının verilməsini qadağan edən göstəriş göndərib.

CAHİD

Bənzər xəbərlər