featured-image-60156

PSJ-nin baş məşqçisi Luis Enrike komandasının yeni üzvü Xviça Kvaratsxeliyanı dəyərləndirib. Msport.az xəbər verir ki, Paris klubu Gürcüstan millisinin üzvünü “Napoli”dən 70 milyon avroya transfer edib:

“Biz çoxdan onunla müqavilə bağlamaq istəyirdik. Onun təcrübəsi, xarakteri var. Kvaratsxeliya bilir necə qol vurmaq, necə müdafiə olunmaq və topu necə aparmaq lazımdır.

Bu çox yaxşı transferdir,  komandamızı gücləndirəcək. İnanıram ki, Xviça komandamızda ən yaxşı keyfiyyətlərini nümayiş etdirə biləcək”.

Kvaratsxeliya PSJ ilə 2029-cu ilədək müddətə nəzərdə tutulan müqavilə bağlayıb.

Bənzər xəbərlər