“Biz hamıya göstəririk ki, Rusiyada futbol yaşayır”
Rusiyanın ÇSKA klubunun baş məşqçisi Vladimir Fedotov “Neftçi”nin də çıxış etdiyi “Parı Premyer” turniri haqqında danışıb.
Msport.az xəbər verir ki, o, yarışın ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini deyib:
“Turnir böyük maraq doğurur. Əhəmiyyətlisi odur ki, yarış beynəlxalq status daşıyır. Biz hamıya göstəririk ki, Rusiyada futbol yaşayır “.
Qeyd edək ki, “Neftçi” Sankt-Peterburqda keçirilən turnirin ilk oyununda “Zenit”ə 1:3 hesabı ilə uduzub. “Ağ-qaralar”ı qarşıda “Fənərbaxça” və “Srvena Zvezda” ilə görüşlər gözləyir.







