featured-image-25225

“Portu”nun baş məşqçisi Serjio Konseysau komandasının Çempionlar Liqasından kənarda qalmasını dəyərləndirib.

Msport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis “İnter”lə oyunda bəxtlərinin gətirmədiyini deyib:

“Biz əla oynadıq və hər iki görüşdə yaxşı təsir bağışladıq. Lakin bu gün ən vacibini – qol vurmağı reallaşdıra bilmədik. Oyunçulara təşəkkür edirəm, onlar əla matç keçirdilər. “İnter” bu qarşılaşmada cəmi 10 dəqiqə bizi üstələdi, o da Otavio Milanda qırmızı vərəqə aldıqdan sonra”.

Xatırladaq ki, İtaliyada “İnter” 1:0 hesabı ilə qalib gəlsə də, cavab matçında hesab açılmayıb.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər