featured-image-24797

“Yuventus” UEFA Avropa Liqasının 1\8 final mərhələsinin ilk oyununda “Frayburq” üzərində qələbə qazanıb – 1:0.

Msport.az “Football İtalia”ya istinadən xəbər verir ki, matçda vurulan yeganə qolun müəllifi Anxel Di Mariya bu il kuboku qazanmaq istədiklərini deyib:

“Mənim azacıq ağrılarım var idi. Lakin bu qədər oyunlardan sonra adi yorğunluqdur. Bu gün əsas məqsəd qələbə qazanmaq idi. Şadam ki, komandama kömək edə bildim.

Bacardığımızı edəcəyik ki, Avropa Liqasını qazanaq. Bu, İtaliya kuboku kimi bizim hədəflərimizdən biridir. Biz hər iki titulu qazanmağa çalışacağıq”.

Qeyd edək ki, son 5 oyunda Di Mariya 5 qol vurub.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər