featured-image-24489

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandasının “Liverpul”a 0:7 hesablı məğlubiyyətini şərh edib.

Msport.az BBC Sport-a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis “Yunayted”in komanda kimi oynamadığını deyib:

“birinci hissəni yaxşı keçirdik. Fasiləyə qədər oyunun təşkilində bir səhv oldu.

İkinci hissədə biz biz deyildik. Bu bizim standartlara uyğun gəlmir. Biz komanda kimi oynamırdıq. Bu peşakarlıqdan uzaq idi. Hirsliyəmmi? Əlbəttə.

Mən təəccüb içindəyəm. Son aylarda və həftələrdə görürdüm ki, komanda necə qələbələrə köklənib. İkinci hissədə bizim ümumiyyətlə, qələbə istəyimiz yox idi. Biz planla hərəkət etmirdik, öz işimizi görə bilmirdik. Biz cavab vermədik və bu həqiqətən də peşəkarlıqdan uzaq idi.

Bərpa olunmağı bacarırıq. “Brentford”, “Mançester Siti”yə  məğlubiyyətlərdən sonranı yada salmaq olar. Şübhəsiz ki, bu ciddi uğursuzluqdur. Mən çox məyusam.

Bu reallığın sınağı idi. Bunu qəbul etməliyik”.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər