"Biz "Napoli"ni qorxutduq" - Joze Mourinyo
“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya A seriyasının 20-ci turunda “Napoli”yə məğlubiyyəti (1:2) şərh edib.
Msport.az “Football İtalia”ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəsssis nəticənin qanunauyğun olmadığını deyib:
“Biz ilk dəqiqələrdən yaxşı oyun göstərirdik. Osimhenin qolundan sonra 10-15 dəqiqəlik bölüm oldu ki, o zaman biz 0:1-in bütün ədalətsizliyini hiss etdik. Çünkibütün matç boyu nəzarət bizdə idi, pressinq edirdik, topu alırdıq və yaxşı müdafiə olunurduq.
Elə oyunlar olur ki, uduzursan, lakin özünü görüşdən əvvəlkindən daha inamlı hiss edirsən, bu bəlkə də qəribə görünə bilər. Bax bu gün də həmin matçlardan biri idi. Şübhəsiz ki, biz “Napoli”yə hamıdan çox çətin anlar yaşatdıq. Biz onları qorxutduq və qeyri-adi atmosferdə stadiondakılara boşluğu hiss etməyə məcbur etdik.
Bəzən futbol ədalətsiz olur. Hərdən qələbəyə daha çox layiq olan komanda məğlub olur”.
ANAR ABDULLAYEV







