featured-image-24647

“Bayern Münhen”in əfsanəvi qapıçısı, hazıqda isə klubun İdarə Heyətinin sədri olan Oliver Kan Çempionlar Liqasının 1\8 final mərhələsinin cavao oyunundan öncə komandasını PSJ ilə müqayisə edib.

Msport.az “L`Equipe” istinadən xəbər verir ki, Kan əldə etdikləri ilə kifayətlənmədiklərini bildirib: “Bizdə klub mədəniyyəti var. Əgər 10 titul qazanmışıqsa, 11-cini də əldə etmək istəyirik. Çox işləyirik ki, yüksək səviyyəli komanda yaradaq. Yaddan çıxarmayın ki, buna görə bizə heç nə bağışlamayıblar.

Bizim fərqli fəlsəfəmiz var. Yalnız qazandığımızı xərcləyirik. Bir futbolçuya böyük pullar xərcləmək, böyük riskdir. Biz klubun maliyyə sabitliyinə təsir göstərə biləcək heç bir addım atmırıq. “Bayern”in borcları yoxdur”.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər