featured-image-28473

“Bayern Münhen”in baş məşqçisi Tomas Tuhel komandanın son oyunlardakı uğursuzluğunuı yorğunluqla əlaqələndirib.
Msport.az xəbər verir ki, o, komandanın çətin vəziyyətdə olduğunu deyib:
“Biz kifayət qədər diqqətli ola bilmədik. “Maynts” təzyiqi artıranda onlara cavab verməyə gücümüz olmadı. Bilmirəm, bunun səbəbi nədir.
Biz indi həqiqətən çətin vəziyyətdəyik. Komandanın başına çox şey gəlib.
Tomas Müllerin heç də ən yaxşı günü deyildi. Onun hərəkətləri nəticəsiz qalırdı. Müller Kanselu tamamilə boş olanda iki dəfə qapıya zərbə endirdi. Halbuki ötürmə verə bilərdi.
Biz yatmışıq, biz tükənmişik. Komanda elə təsir bağışlayır ki, sanki bu mövsüm 70 oyun keçirib”.

Bənzər xəbərlər