featured-image-28433

“Arsenal”ın baş məşqçisi Mikel Arteta əmindir ki, komandası çempionluq şansını itirməyib. Msport.az xəbər verir ki, London klubu ardıcıl 3 oyundur ki, qələbə qazana bilmir. “Topçular” bu dəfə “Sauthempton”la heç-heçə ediblər – 3:3. Arsenal” gələn tur “Mançester Siti” ilə qarşılaşacaq.

“Təbii ki, biz nəticədən narazıyıq. Yenə də işimizi çətinləşdirdik, lakin səhvlər oyunun bir hissəsidir.

Biz hesab fərqini azaltdıq, amma gərəksiz qol buraxdıq. Kifayət qədər qol vəziyyəti yaratdıq, təəssüf ki, bundan istifadə edə bilmədik. Premyer Liqada 3 qol buraxmaq olmaz. Belə olan halda qalib gəlmək çətinləşir.

Paltardəyişmə otağında futbulçuların döyüşkən ruhunu gördüm. Amma müdafiədə daha yaxşı oynamalıyıq.

“Siti” ilə oyun final kimi olmayacaq, çünki qarşıda daha 6 görüş var. Futbolda bəzən uyğun olmayan vaxtda səhvə yol verirsən. Lakin bunu adlamaq lazımdır. Görməmişəm ki, kimsə məsuliyyəti öz üzərinə götürməkdən çəkinsin. Əksinə hər kəs özünü daha çox göstərmək istəyir” – Arteta belə deyib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər