featured-image-25118

“Milan”ın baş məşqçisi Stefano Pioli komandasının stabil oynamadığını deyib. Msport.az xəbər verir ki, “rossoneri” İtaliya A seriyasında “Salernitana” ilə bərabərə qalıb – 1:1.

“Söhbət psixoloji və ya fiziki enişdə deyil. Hesabda önə keçən komanda qələbə qazanmaq üçün daha çox şey etməlidir. Buraxdığımız qoldan sonra oyun gərgin və əsəbi oldu. Bu əldən verilmiş imkandır. Əgər Çempionlar Liqası bizə təsir edibsə, deməli, inkişaf etməliyik. Bizdə stabillik çatmır. Bu, “Napoli”dən başqa A seriyasının bir çox komandalarına aiddir.

Biz Avropada və İtaliyada rəqabətə davamlı olmalıyıq. “Tottenhem”lə oyundan motivasiya almalı idik”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər