"Bizə möcüzə lazımdır" - Tomas Tuhel
“Bayern Münhen”in baş məşqçisi Tomas Tuhel “Mançester Siti” ilə Çempionlar Liqasının 1\4 final mərhələsinin cavab oyunu haqqında danışıb. Msport.az xəbər verir ki, bu komandalar arasında ilk görüşdə İngiltərə təmsilçisi 3:0 hesabı ilə qələbə qazanmışdı:
“Bizə möcüzə lazımdır. Bilmirəm, 4:0 və ya 5:1 hesablarından danışmağın yeridirmi? Realist olmaq lazımdır, lakin biz özümüzə inanırıq.
Biz inanmalıyıq, inanmaq isə o deməkdir ki, hər şey öz əlimizdədir. Komanda ruhu, effektiv oynamaq və enerji hesabına uğurlu nəticə əldə etməliyik.
Biz komanda kimi mübarizə apara bilərik. Azarkeşlərimiz bzimlə birgə sonadək döyüşməyə hazırdırlar”.
ANAR ABDULLAYEV







