featured-image-68597

“Ferensvaroş”un baş məşqçisi Robbi Kin UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”la keçirilən ilk oyunundan sonra mətbuat konfransında jurnalistlərin önünə çıxıb.

Msport.az xəbər verir ki, o, 1-ci hissədən razı qaldığını deyib: “İlk yarıda yaxşı oynadıq, qol vurduq”.

İrlandiyalı mütəxəssis  futbolçusu Bence Etvoşun zədələnməsinin oyunlarına çox pis təsir etditini bildirib : “Bu, bizi geriyə saldı. Bundan sonra orta sahədə oyuna lazımınca nəzarət edə bilmədik. Amma fasilədən sonra rəqibin bizi tam üstün oyunla əzdiyini də demək olmaz. Çünki iki qolu standart vəziyyətdən vurdular. Belə qollar buraxmağımız məyusedicidir. Oyunu daha çox nəzarət altında saxlamaq istəyirdik. Deməzdim ki, bizi təəccübləndirdilər. Biz də qollar vurmağa yaxın olduq. Amma epizodları onlar dəyərləndirdi, biz yox.

Robbi Kin Baş  cavab oyunu ilə bağlı da danışıb: “Bizə motivasiya verən odur ki, rəqib artıq qalib gəldiyini düşünür. Futbolda hər şey mümkündür, bu vəziyyətdən də çıxmaq olar”.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.

Bənzər xəbərlər