featured-image-49618

“Bizi başqa nəticə məmnun edə bilməzdi”.

Msport.az xəbər verir ki, bunu Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu AVRO-2024-də Gürcüstana qalib gəldikləri (3:1) oyun haqda danışarkən deyib.

“Ay-ulduzlular”ın kapitanı vacib qələbə qazandıqlarını bildirib: “Məqsədimizə çatdıq. Hamı əlindən gələni etdi. Azarkeşlərimizə təşəkkür edirəm. Onlar final fitinə qədər bizi coşqu ilə dəstəklədilər”, – deyə H.Çalhanoğlu söyləyib.

Qeyd edək ki, Türkiyə millisi turnirdə növbəti oyununu iyunun 22-də Portuqaliyaya qarşı keçirəcək.

Bənzər xəbərlər