featured-image-14460

Azərbaycan Premyer Liqasında IX turun “Səbail” – “Sumqayıt” (1:0) matçından sonra meydan sahiblərinin baş məşqçisi Mahmud Qurbanov fikirlərini bildirib.

Msport.az xəbər verir ki, o, oyunu belə şərh edib:

“Oyun heç də asan keçmədi. Yaxşı başladıq. “Sumqayıt” da qələbə qazanmaq istəyirdi. Bu, meydanda görünürdü. İkinci hissədə rəqib topla daha çox oynadı. Amma əks-hücumlarda yaxşı imkanlarımız oldu. Təəssüf ki, əksər matçlardakı kimi şanslardan istifadə edə bilmədik. Komandadan razı qaldım. Bizi narahat edən məqam futbolçuların zədələnməsidir. Emil Balayevi məcburən əvəzlədik. Ruslan Hacıyevi zədəsinə görə start heyətdə meydana buraxmamışdıq, amma risk edib oynatdıq, zədəsini yenilədi. Bu gün top rəqibdə daha çox olsa da, müdafiə xəttimiz onlara qol imkan vermədi. Bu qələbə bizə lazım idi. İrəli baxacağıq. Uşaqları təbrik edirəm”.

Baş məşqçi komandasının ilk dövrədəki çıxışını belə dəyərləndirib:

“Nəticə baxımından yaxşı deyil. Xalımız 8 yox, daha çox olmalı idi. Amma oyun, qol epizodları cəhətdən problem yoxdur. Sadəcə, müdafiədə fərdi səhvlərimiz bizə baha başa gəldi. Buna baxmayaraq, komandadan razıyıq. Uşaqlar məşqlərdə və oyunlarda əllərindən gələni edir. Qarşıda 3 dövrə var, hazırlaşacağıq”.

Bənzər xəbərlər