featured-image-30281

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola hesab edir ki, Çempionlar Liqasını qazanmaq klubun statusuna təsir göstərir.

Msport.az xəbər verir ki, “şəhərlilər” İngiltərə Premyer Liqasının 37-ci turunda çempionluqlarını rəsmiləşdiriblər. “Siti” ardıcıl üçüncü mövsümdür ki, bütün rəqiblərini qabaqlayır.

“Bizi yadda saxlasınlar deyə, Avropada qalib gəlməliyik. Məncə, bu ədalətli deyil. Əgər finalı udmasaq, fərqli olmayacaq.

Premyer Liqa da çox vacibdir. Lakin klub Avropada qələbə qazananda başqa səviyyəyə çıxır. Necə ki, bu “Mançester Yunayted”lə “Liverpul”la olub” – Qvardiola belə deyib.

ANAR

Bənzər xəbərlər