featured-image-22282

“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 20-ci turunda “Sevilya” üzərində qələbəyə (3:0) münasibət bildirib.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, o, komandasından razı qaldığını deyib:

“Ümumilikdə, biz əla oyun keçirdik. Futbolçular böyük iş gördülər. Sıx müdafiə olunan komandaya qarşı əla oynadıq, halbuki bu, bizim üçün ən çətinidir.

İndi “Real”ı 8 xal qabaqlayırıq. 2-ci yerdən 6-cı pilləyə kimi olan bütün komandalar xal itirdi. Bizim üçün ideal tur oldu. Lakin qarşıda hələ uzun yol var.

Jordi Alba irəlidə çox xeyir verir. Ona görə şadam.

Rafinyadan bu günkü oyuna qədər də razı idim. Tənqidlərə baxmayaraq biz oyunu yalnız qollara və assistlərə görə qiymətləndirmirik. O, topu ələ keçirir, intensivlik verir, bu isə uğura aparan yoldur. İndi o, ardıcıl 2-ci oyunda da qol vurdu. Deyəsən, Rafinya daha çox diqqət mərkəzinə düşməyə başlayıb. Lakin o, bütün mövsüm ərzində belə oynayıb”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər