featured-image-63455

İngiltərə Futbol Liqası (EFL) “Ridinq”in sahibi Dai Yonqenin klubdakı səhmlərini satması üçün ayrılan müddəti uzadıb. Matc.az xəbər verir ki, əvvəllər EFL çinli biznesmeni borclara görə diskvalifikasiya etmiş və onu klubu satmağa məcbur etmişdi.

Əgər bu şərt yerinə yetirilməsə, hazırda Birinci Liqada (üçüncü divizion) 7-ci yerdə gedən “Ridinq” fəaliyyətini dayandıra bilər. Bu gün keçirilən EFL İdarə Heyətinin iclasından sonra “Ridinq” klubunun xahişinə əsasən Dai Yonqeyə səhmlərini satması üçün ayrılan müddətin 22 aprelədək uzadıldığı təsdiqlənib.

Qeyd edək ki, Dai Yonqe 2017-ci ildən “Ridinq”in sahibidir.

Bənzər xəbərlər