featured-image-42848

Almaniya millisinin və “Bavariya”nın sabiq üzvü Jerom Boatenqin yeni klubu müəyyənləşib.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

O, 35 yaşlı müdafiəçinin İtaliyanın “Salernitana” klubuna keçdiyini bildirib. Gün ərzində klubun bununla bağlı rəsmi açıqlama yayacağı gözlənilir.

Qeyd edək ki, Filippo İnzaqinin çalışdırdığı “Salernitana” hazırda A seriyasında 12 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.

Bənzər xəbərlər