featured-image-20235

“Barselona”nın keçmiş müdafiəçisi və Kinq Liqasının qurucusu Jerar Pike İspaniya La Liqasının rəhbəri Xavyer Tebasın iddialarına cavab verib.

Tebas mətbuata verdiyi açıqlamada Pikenin qurucusu olduğu liqanı sirk adlandırmışdı. Bildirmişdi ki, onları futbolla ancaq topu qapıya göndərmələri birləşdirir.

Msport.az xəbər verir ki, Pike sosial şəbəkədə ona belə cavab verib:

“Kinq Liqası sirkinə xoş gəlmisiz! Gələn bazar günü bomba gözləyin, böyük partlayış olacaq. Vaxtı izləyin”.

Bənzər xəbərlər