featured-image-29664

Leonardo Bonuççi “Yuventus”un heyətində 500-cü oyununu keçirib. Msport.az xəbər verir ki, bu Avropa Liqasında “Sevilya” ilə yarımfinal matçına təsadüf edib.

Turin klubu son saniyələrdə vurduğu qolla öz meydanında məğlubiyyətdən qaça bilib -1:1.

500-cü oyun münasibəti ilə təcrübəli müdafiəçiyə “500” yazılmış forma hədiyyə olunub.

Bonuççi “Yuve”də 500 matçda 37 qol vurub və 10 məhsuldar ötürmə verib. O, səkkiz dəfə ölkə çempionu olub, 3 dəfə İtaliya kubokuna yiyələnib və 5 dəfə superkuboku qazanıb.

ANAR

 

Bənzər xəbərlər